Moskva "Lokomotiv"inin sabiq baş məşqçisi Yuri Syomin "Qalatasaray"a qarşı Avropa Liqasının qrup oyunundan öncə mükafatlandırılacaq. Sport24.aa xəbər verir ki, "dəmiryolçular"ın mətbut xidməti 2019/20 mövsümünün sonunda qazanılmış gümüş medalı 74 yaşlı mütəxəssisə avrokubok matçından əvvəl təqdim olunacağını açıqlayıb.

"Lokomotiv" - "Qalatasaray" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Syomin 2020-ci ilin mayında isteafaya göndərilib.

Xatırladaq ki, Yuri Pavloviç 2013/214 mövsümündə "Qəbələ"ni çalışdırararq ona Premyer Liqamızın ilk medalını - bürünc mükafatı qazandırıb.