"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, "Qəbələ"nin kapitanı Asif Məmmədov da Ağdam təmsilçisinin uğuruna biganə qalmayıb.

Belə ki, 36 yaşlı yarımmüdafiəçi "Facebook"dakı şəxsi hesabında "Bravo "Qarabağ" paylaşımı edib. Bu yerdə bildirək ki, Asif əslən Ağdamdandı. 

Qeyd edək ki, "Qarabağ" Bakıda 1:1 hesablı heç-heçə etdiyi "Ferentsvaroş"u Macarıstanda 3:1 hesabı ilə məğlub edərək pley-off-a yüksəlib.