Bu gün Misli Premyer Liqasında XX tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, son oyun günündə ilk matç əyalətdə olub.

Belə ki, "Qəbələ" doğma meydanda "Sabah"ı qəbul edib. Qəbələlilər bu rəqibdən hazırkı mövsümdə 3-cü matçdan da məğlub ayrılıb. Özü də bu dəfə böyük hesabla. Düzdü, onu da nəzərə alaq ki, Elmar Baxşıyevin komandası hələ ilk hissədə futbolçusu qırmızı vərəqə aldığına görə azlıqda qalıb və hər 3 qolu bundan sonra buraxıb.

Xatırladaq ki, bu turda "Sumqayıt" evdə "Turan Tovuz"u 2:1, "Qarabağ" "Şamaxı"nı 3:1, "Səbail" "Kəpəz"i 1:0 hesabıyla məğlub edib. Tura saat 17:30-da "Neftçi" - "Zirə" görüşüylə yekun vurulacaq. 

 

Misli Premyer Liqası

XX tur

1 fevral (çərşənbə)

15:00. “Qəbələ” – “Sabah” - 0:3 

Qollar: Davit Volkov, 60, Con İradabal, 70, Coy-Lens Mikels, 89

Qırmızı vərəqə: Ruan Renato, 28 (birbaşa)
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ. Şəhər stadionu

Cari çempionatdakı matçlar - 0:2, 1:2