"Bilirdik ki, "Araz-Naxçıvan"la oyun çətin olacaq. Rəqib həm yaxşı təşkilatlanmış, həm də hücumda təhlükəli olan komandadı. Amma biz həm intizamlı oynadıq, həm də xarakter göstərdik. Vacib epizodlarda düzgün qərarlar verdik və nəticədə layiqli qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Fərid İsgəndərov deyib.

Gənc futbolçu komandasının Misli Premyer Liqasının 13-cü turunda "Araz-naxçıvan"ı məğlub etdikləri oyunla bağlı fikirlərini bölüşüb:

"Heç şübhəsiz ki, hər qələbə komandaya həm özünəinam, həm də motivasiya verir. Amma bununla kifayətlənmirik. Bizim üçün əsas olan sabit çıxışdı. Bu qələbə növbəti oyunlara daha inamlı çıxmağımıza kömək edəcək. Növbəti turda rəqibimiz "Turan Tovuz" da yaxşı təşkil olunmuş komandadı, amma bizimdə özümüzəxas oyun tərzimiz var. Oynadığımız bütün oyunlar göstərir ki, istənilən komandanı məğlub edə bilərik. Hər matçda olduğu kimi bu görüşədə qələbə üçün çıxacayıq".

Qeyd edək ki, "Qəbələ" "Araz-Naxçıvan" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.