Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.Sport24.az xəbər verir ki, Elmar Baxşıyevin çalışdırdığı kollektiv Çexiyanın “Bohemians” komandası ilə üz-üzə gəlib.

Antalyadakı “İC Santai” Futbol Mərkəzində baş tutacaq qarşılaşma qəbələlilərin məğlubiyyəti ilə nəticələnib. Əyalət təmsilçisinin heyətində 75-ci dəqiqədə penaltidən İsnik Alimi fərqlənib.

Xatırladaq ki, “Qəbələ” bundan öncəki iki yoxlama oyununda Polşa “Zaqlembe”sinə 1:2 hesabıyla uduzub, Şimali Makedoniya “Boreç”inə 1:0 hesabıyla qalib gəlib.

Yoxlama oyunu
24 yanvar

16:30. Qəbələ - Bohemians - 1:3

Qol: İsnik Alimi, 75-pen

"Qəbələ": 94. Nicat Mehbalıyev, 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 6. Kamal Mirzəyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 5. İsnik Alimi, 14. Ülvi İskəndərov, 23. Rafael Utziq, 9. Fernan Lopez