Türkiyənin Antalya bölgəsində təlim məşq-toplanışında olan "Qəbələ" ikinci yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, əyalət təmsilçisi bu dəfə Şimali Makedoniyanın "Borats" komandası ilə qarşılaşıb.

Bugünkü matç adət etdiyimiz kimi 90 dəqiqə sürməyib. Belə ki, rəqibin heyətində futbolçu sayı az olduğundan, görüş hər hissəsi 35 dəqiqədən ibarət olmaqla 70 dəqiqə keçib. 

Qarşılaşma "qırmızı-qaralar"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 11-ci dəqiqədə iordaniyalı cinah yarımmüdafiəçisi Omar Hani vurub. Bu, Azərbaycan klublarının hazırkı Antalya toplanışında yoxlama matçlarında ilk qələbəsi olub. 

Xatlrladaq ki, "Qəbələ" Antalya toplanışında ilk oyununda Polşanın "Zaqlembe" klubuna 1:2 hesabıyla məğlub olub. 

 

Yoxlama matçı

21 yanvar

16:30. "Qəbələ" - "Borats" (Şimali Makedoniya) - 1:0

Qol: Omar Hani, 11