Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sport24.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 4-cü turunun “Qəbələ” – “Səbail” oyunu (5:0) gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur;

“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Səbail” klubunun futbolçusu Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.