Premyer Liqamızda VII turun "Qəbələ" - "Zirə" matçı (1:1) qalmaqalla yekunlaşıb. Sport24.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Ehtiram Şahverdiyev final fitindən sonra rəqibin yunanıstanlı legioneri Dmitrios Çantakiasa kəllə atdığı üçün birbaşa qırmızı vərəqə alıb. Baş hakim Əliyar Ağayev "Zirə"nin müdafiəçisinə sarı vərəqə göstərib.

Bu ağır cəza Ehtiramı o qədər qədər özündən çıxarıb ki, komanda yoldaşları onu sakitləşdirməkdə çox çətinlik çəkib. Hətta "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da bu məqsədlə araya girməli olub. Şahverdiyevi AFFA-nın İntizam Komitəsi tərəfindən ağır cəza gözləyir. 

Xatırladq ki, bu futbolçuların hər ikisi fasilədən sonra meydana çıxmışdı.