"İkinci dövrə üçün hazırlığımız davam edir. Toplanış dönəmində 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə deyib.
Qəsəbə təmsilçisinin çalışdırıcısı komandasının yeni transferi barədə də məlumat verib:
"Nurlan Novruzov, Şahin Balajai və Bahadur Həziyevi heyətə qatmışıq. Bundan əlavə 2-3 yerli və legioner futbolçu ilə güclənmək istəyirik. Hazırda onları keçidi ilə bağlı sənədləşmə işləri gedir".
Qeyd edək ki, aktivində 8 xal olan "Qaradağ Lökbatan" fasiləyə 9-cu pillədə yollanıb.