Avropa Liqasında ardıcıl 4-cü mövsümdü Azərbaycan klubuyla bir qrupda çıxış edən komanda finala çıxır. Sport24.az xəbər verir ki, bunların hamısı "Qarabağ"ın rəqibləri olaraq qrup mübarizəsini qalib kimi başa vurublar.

Bu son nail olan "Vilyarreal"dı. İspaniya təmsilçisi yarımfinalda "Arsenal"ı üstələyərək (evdə 2:1, səfərdə 0:0) həlledici matça vəsiqə qazanıb. "Vilyarrael" "Qarabağ"ın UEFA-nın ölkəmizlə bağlı məlum qərarına görə İstanbulda qonağı olmuşdu. Qurban Qurbanovun komandası 78-ci dəqiqəyədək rəqibə ciddi müqavimət göstərərk hətta qanalı legioneri Ovusu Kvabenayla hesabı açmışdı. Ancaq sonradan 3 qol buraxan təmsilçimiz meydandan məğlub ayrılmışdı - 1:3. İspaniyadakı görüş isə baş tutmamışdı. Bu da "Qarabağ"ın koronavirusa kütləvi yoluxma səbəbindən matça yollana bilməməyinə görə idi. Yekunda UEFA-dan 0:3 hesablı texniki məğlubiyyət almışdıq. 

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri 2018/19 mövsümdə çalışdırdığı "Arsenal"la da Avroliqanın qrupunda "Qarabağ"ın rəqibi olub. London təmsilçisi səfərdə 3:0, evdə 1:0 hesabıyla qalib gəlib.  Ancaq "topçular"ın ölkəmizə 2-ci səfəri uğursuz olub. Çünki "Arsenal" bu dəfə Bakı Olimpiya Stadionunda həmşəhərliləri "Çelsi" tərəfindən darmadağın olunub - 1:4. 

Koronavirus pandemiyasına görə uzanan keçən mövsümdə Avroliqanın finalçılarından biri "Sevilya" olub. Xuan Lopeqenin komandası Milan "İnter"ini 3:2 hesabıyla məğlub edib. "Sevilya" "Qarabağ"a Tofiq Bəhramov adına Respublika stadionunda 3:0, “Xuan Sançes Pisxuan”da 2:0 hesabıyla qalib gəlib.

2017/18 mövsümündə də finalı Avroliqanın finalıçısı Primero təmsilçisi idi - "Atletiko". Sadəcə, fərq ondadı ki, "Qarabağ"la Madrid təmsilçisi Çempionlar Liqasının qrupunda rəqib oldular. Dieqo Simeonenin komandası Ağdam klubundam heç bir görüşdə üstün ola bilmədi - evdə 0:0, səfərdə 1:1. "Atletiko" finalda isə "Marsel"i darmadağınla üstələyib - 3:0. 

Göründüyü kimi, əskər vaxt finalçılar ispanlar olub və bir qayda olaraq tunirini qazanıblar. Statistikaya inansaq, "Vilyarreal" da mayın 29-da Polşanın Qdansk şəhərindəki finalda "Mançester Yunayted"ə qalib gələcək.