Avropa Liqasının qrup mərhələsində “Olimpiakos” ilə qarşılaşacaq “Qarabağ” oktyabrın 5-də Yunanıstana yollanacaq.

Sport24.az xəbər verir ki, komandanı aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Oktyabrın 5-də saat 16:30-da (Bakı vaxtı ilə 18:30) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə (Bakı vaxtı ilə 23:00) matçın keçiriləcəyi Georgios Karaiskakis stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyununa Bakı vaxtı ilə 23:00-da start veriləcək.