"Qarabağ"ın Polşanın "Visla" (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib. Sport24.az xəbər verir ki. görüş əvvəlcədən qeyd edildiyi kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də start götürəcək.

İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.

Qeyd edək ki, "Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub.