Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq"un baş məşqçisi Kristian Ştrayx koronavirusa yoluxub. Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisinin çalışdırıcısınınm bu səbəbdən Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Nant"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransına onlayn formatda qoşulduğunu açıqlayıb.

Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Ağdam klubu bu rəqiblə son turda noyabrın 3-də Bakıda qarşılaşacaq.