“Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi - Çexiyanın “Viktoriya” klubu bir futbolçusu ilə vidalaşıb.

Sport24.az xəbər verir ki, Andrey Mihalik bundan sonra Çexiyanın digər klubu "Slovaçko"un formasını geyinəcək.

Bu barədə Plzen klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi 2019-cu ilin iyununda Niderlandın "Alkmaar" klubundan "Viktoriya"ya keçmişdi. O, bu müddətdə 57 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.

“Qarabağ”ın “Viktoriya” ilə ilk oyunu avqustun 17-də Bakıda, cavab görüşü ayın 23-də Plzendə baş tutacaq.