"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində rəqibi olan "Kayrat" avrokuboklarda cari mövsümdə tarixə düşəcək. Sport24.az xəbər verir ki, Almatı təmsilçisi Avropa yarışlarının qrup mərhələsinə qatılan bütün klublar arasında ən uzun məsafəni qət edəcək.

Belə ki, Azərbaycan klubu ilə görüşmək üçün "Kayrat" Almatıdan Bakıya qədər təxminən 3 min kilometr məsafə qət edəcək. Ancaq bu, digər rəqiblərlə müqayisədə ən azdı. Çünki "Bazel"in təmsil etdiyi eyniadlı şəhərə yollanmaq üçün 5 min kilometr uçmaq lazımdı ki, bu, qrupda ən uzun məsafədir. Kiprin paytaxtı Nikosiya isə Almatldan 4 min kilometr uzaqdadı ki, ora "Omoniya" ilə görüş üçün yollanmaq lazım gələcək.

Nəticədə Qazaxıstanın son çempionu qrupda səfərə yollanmaq üçün ümiumilikdə 11,5 min kilometr məsafə qət edəcək. Bu isə avrokuboklara qatılan bütün klublar arasında ən böyük rəqəmdi.

Onu da bildirək ki, "Kayrat"ın ilk səfəri növbəti turda - sentyabrın 30-da İsveçrədə "Bazel"lə görüş üçün olacaq. Bakıya səfər isə bundan sonrakı tura - oktyabrın 21-nə nəzərdə tutulub. "Kayrat"ın qrupda son matçı isə son səfəri olacaq ki, bu, dekabrın 9-da "Omoniya" ilə qarşılaşmadı.