"Qarabağ"ın legionerləri yoldaşlıq görüşündə milli komandalarının heyətində meydana çıxıblar.

Sport24.az xəbər verir ki, "köhlən atlar"ın monteneqrolu oyunçuları - Marko Veşoviç və Marko Yankoviç Slovakiya yığması ilə görüşün iştirakçısı olublar.

Hər iki futbolçu matça start heyətdə başlayıb. Veşoviç 58-ci, Yankoviç isə 70-ci dəqiqədə əvəzlənib.

Qarşılaşma isə 2:2 hesabı ilə yekunlaşıb.