“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Sport24.az xəbər verir ki, matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Yevgeni Aranovski olacaq. Ona yan xətt hakimləri Semen Şlonçak və Andrey Skripka kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Oktyabrın 21-də Bakıda keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.