“Qarabağ” və Azərbaycan millisinin futbolçsuu Qara Qarayev sosial şəbəkədə “Beşiktaş”ın baş məşqçisi ilə fotosunu paylaşıb. Sport24.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçisi İstanbul klubunun yeni çalışdırıcısı Önder Karaveli ilə görüşüb.

Bu yerdə bildirək ki 47 yaşlı türkiyəli mütəxəssis vaxtilə Azərbaycanda çalışıb. Belə ki o, 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.