"Qarabağ" növbəti transferini reallaşdırdmağa hazırlaşır. Sport24.az Fransa mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransa "Dijon"unun futbolçusu Yassin Benziaya 2,5 illik müqavilə təklif edib.

Belə ki, 29 yaşlı yarımmüdafiəçi ilə "Qarabağ" arasında danışıqlar müsbət istiqamətdə gedir və tərəflər sözləşmə imzalamağa yaxındırlar. 

Əlcəzair millisinin sabiq üzvü 2020-ci ildən "Dijon"un futbolçusudu. Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edən Yassin assin keçən ilin ilk yarısını icarə əsasında Türkiyə "Hatayspor"unda keçirib. Benziaya müqaviləylə məxsus olduğu kluba qayıtdıqdan sonra Liqa 2 təmsilçisinin heyətində bu mövsüm meydana çıxmayıb. 

Onu da bildirək ki, Yassin Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbaxça" kimi klubların da formasını geyinib.