"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, "Maribor" Sloveniya çempionu olduğuna görə Şimali İrlandiyanın "Linfild" klubu səpələnməmişlər səbətinə düşüb və bununla Azərbaycan təmsilçisinin potensial rəqiblərindən biri olub.

Qurban Qurbanovun komandası bu raundda 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. Azərbaycan və Ermənistan təmsilçisiləri görüşə bilməzlər. Burda qalib son turda bəlli olacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

"Qarabağ" (Azərbaycan)
“Malmö” (İsveç)
"Lüdoqorets" (Bolqarıstan)
"Şerif" (Moldova)
ÇFR (Rumıniya)
"Budye Qlimt" (Norveç)
"Ferentsvaroş" (Macarıstan)
“Slovan" (Bratislava, Slovakiya)
HIK (Finlandiya)
TNS (Uels)
"Jalgiris" (Litva)
“Linkoln” (Cəbəllütariq)
"Şemrok Rovers" (İrlandiya)
"Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər

"Zrinski" (Bosniya və Herseqovina)
"Lex" (Poznan, Polşa)
"Şaxtyor" (Soliqorsk, Belarus)
"Sutyeska" (Monteneqro)
"Klasksvik" (Farer adaları)
"Hibernians" (Malta)
"Tobol" (Qazaxıstan)
"Şkupi" (Şimali Makedoniya)
RFŞ (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Tirana" (Albaniya)
"Balikani" (Kosovo)
“Linfild” (Şimali İrlandiya)
İlkin mərhələnin qalibi
Ermənistan çempionu

Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.