Çempionlar Liqasında çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transfer məsələsinə toxunub. Sport24.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bunun onlar üçün hələ bağlanmadığını açıqlayıb: "Yeni transfer etmək ehtimalımız var. Dayanmamışıq, imkan olduğu qədər transfer etməyə çalışacağıq".

Xatırladaq ki, son çempionumuz minimum Konfrans Liqasına vəsiqəni təmin edib.