Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib. Ağdam klubunun mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, 29 yaşlı kolmbiyalı mərkəz müdafiəçisi dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Belə ki, Kevinin əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Nəticədə demək olar 1 ay yaşıl meydandan kənarda qalmalı olan Medina bu ili erkən başa vurmalı olub.

"Bakcell Arena"dakı görüşdə xəsarət alan vitse-kapitan Qara Qarayevin durumu isə ciddi deyil. Belə ki, 30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub.

Xatırladaq ki, Medina bu yay avrokiboklarda zədələnərək Almaniyada əməliyyat olnmuş və nəticədə 2 ay çıxış edə bilməmişdi.