"Qarabağ"ın müqaviləsinə xitam verdiyi serbiyalı futbolçu Uroş Matiç karyerasını Səudiyyə Ərəbistanında davam erdirəcək. Sport24.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu ölkənin yüksək liqa  təmsilçisi "Abha"ya keçib.

Müqavilənin müddəti 2 illikdi.

Xatırladaq ki, Uroş keçən yay "Qarabağ"a keçmişdi.