"Qarabağ"ın legioneri Kevin Medina zədələnib. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Spor24.az-a verdiyi məlumata görə, kolumbiyalı müdafiəçi dünən məşq zamanı ayaq əzələsini dartıb.

Bu səbəbdən Medina hazırda "Keşlə" ilə Azərbaycan Premyer Liqasının XIII tur matçında adı protokolda belə yoxdu. Kevin sabah təkrar müayonədən keçəcək və böyük ehtimalla Konfrans Liqasının son tur matçını buraxacaq.

Xatırladaq ki, "Qarabağ" dekabrın 9-da İsveçrədə "Bazel"ə qarşılaşacaq.