Misli Premyer Liqasında 2022/23 mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, son matç olan "Qarabağ" - "Tura Tovuz" görüşündən sonra mükafatlandırılma mərasimi keçirilib. . 

“Azərsun Arena”da AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi mərasimdə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuşa PFL tərəfindən hədiyyə təqdim olunub. Ardından “Neftçi” "bürünc"ə, "Sabah" tarixinin ilk medalı olan "gümüş"ə, "Qarabağ" isə qızıl medallara və çempionluq Kubokuna qovuşub.