Çempionlar Liqasında (ÇL) məhsuldarlıqda "Qarabağ" 2-cidi. Sport24.az xəbər verir ki, bu, həm ümumi qol sayında, həm də bombardirlik mübarizəsindədi.

Özü də Ağdam klubu hər iki halda Norveçin bu turnirdə təmsilçisi olan "Bodo-Qlimt"dən geri qalır. Belə ki, keçən mövsüm Avropa Liqasında Joze Morunyolu "Roma" üzərində 2 dəfə sensasiyalı qələbə qazanan, xüsusilə 6:1-lik qalibiyyətlə şoka salan bu komanda hazırkı ÇL-də 6 oyuna 18 qol vurub. "Qarabağ" 14 qolla onun ən yaxın izləyicisidi.

Bombardilik yarışında isə "Qarabağ"ın birdən-birə 2 futbolçusu üst pillələrdədi. Bunlar hərəyə 4 qola imza atan braziliyalı yarımmüdafiəçi Kadi Borgeslə seneqallı hücumçu İbrahima Vadjidi. "Qarabağ"la Budapeştdə görüşdə fərqlənməklə qol sayını 4-ə çatdıran "Ferentsvaroş"un hücumçusu Adama Traore də a 2-4-cü pillələri bölüşdürür. Siyahıya 5 qolla "Bodo-Qlimt"in hücumçusu Viktor Bonifeys başçılıq edir.