Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstandakı cavab oyununda "Ferentsvaroş" klubuna 3:1 hesablı qələbə qazanan "Qarabağ" Bakıya qayıdıb. Sport24.az xəbər verir ki, Ağdam klubunu Heydər Əliyev Beynəlxalq Aeroportunda "köhlən atlar"ı azarkeşlər və media nümayəndələri qarşılayıblar.

"Qarabağ” bu turnirin III təsnifat mərhələsində cavab oyununda Macarıstanda “Ferentsvaroş”un qonağı olub. Budapeştdəki “Groupama Arena”dakı matç Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun komandası bunula da iki oyunun nəticəsinə görə pley-off mərhələsinə yüksəlib.Burda Azərbaycan çempionunun rıqibi Çexiyanın “Viktoriya” klubu olacaq. Pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə avqustun 23-24-də keçiriləcək.