"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində Belçikanın "Gent" klubuyla matçlarda iştirak ərizəsində yeni qapıçı olmayacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, ağdamlılar əsas qapıçısı Şahruddin Məhəmmədəliyev 2 aylığa zədələnəndən sonra əcnəbi qolkiper axtarışında olsa da, keçidin reallaşması alınmayıb.

"Süvarilər" bir həftə ərzində yeni qapıçı tapa bilməməyindən ehtiyat edərək Şahruddinin adını iştirak ərizəsinə daxil etməyib. Belə olan halda, belçikalılarla fevralın 16-da və 23-dəki matçlarda baş məşqçi Qurban Qurbanovun sərəcamında gürcü Luka Quqeşaşvili, Amin Ramazanov və əvəzedici komandadan bir gənc qapıçı olacaq.

Onu da bildirək ki, Məhəmmədəliyevlə yanaşı, digər zədəli futbolçu - müdafiəçi Abbas Hüseynov da "Gent"lə matçlarda heyətdə olmayacaq. Müvafiq olaraq "Krasnodar"la "Ferentsvaroş" transfer olunan braziliyalı yarımmüdafiəçi Kadi Borgeslə qanalı hücumçu Ovus Kvabenanın da heyətdən kənarda qalıblar. Qış transferlərin hamısı - Adama Diakabi, Redon Cica və Yassin Benzia UEFA-ya göndərilən iştirak ərizəsində yer alıblar. 

Xatırladaq ki, UEFA-nın pley-off matçları üçün "pəncərə"si artıq bağlandı.