Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. Sport24.az xəbər verir ki, "Qarabağ" İngiltərədə "Nyukasl"ın qonağı olacaq. 

 

Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesablı qələbə qazanıblar. 

 

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 

 

UEFA Çempionlar Liqası

Pley-off, cavab görüşü

00:00 "Nyukasl" - "Qarabağ" 3:2

Qollar: S.Tonali, 5, Joelinton, 6, S.Botman,52, - K.Duran, 51, E.Cəfərquliyev, 57

Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya)
VAR: Daniele Kiffi (Almaniya)
AVAR: Kristian Dingert (Almaniya) 
Nyukasl, "St. Ceyms Park"
İlk oyun - 6:1

 

"Nyukasl": Aaron Ramsdeyl, Kiran Trippyer (k), Sven Botman, Joelinton, Sandro Tonali, Harvi Barns, Uilyam Osula, Ceykob Mörfi, Nik Voltemade, Den Burn, Antoni Mörfi

 

Ehtiyat oyunçular: Nik Poup, Con Raddi, Harris, Hall, Vissa, Entoni Qordon, Elanqa, Co Uillok, Şahar, Niv

 

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Kevin Medina, Dani Bolt, Marko Yankoviç, Coni Montiel, Abdullah Zubir, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Bədavi Hüseynov (k)

 

Ehtiyat oyunçular: Amin Ramazanov, Fabian Buntiç, Emmanuel Addai, Leandro Andrade, Kadi Borges, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə