"Qarabağ" iştirak edəcəyi UEFA Konfrans Liqasına hazırlığa afrikalı legioneri Ovusu Kvabenasız başlayıb. Sport24.az xəbər verir ki, 24 yaşlı qanalı hücumçunun çıxışı istənilən səviyyədə olduğundan icarəyə verilməyi qərara alınıb.

Bu, Türkiyə klubu olacaq. Belə ki, Kvabena karyerasını bu ölkənin I liqasında davam etdirəcək. Hazırda futbolçunun meneceri bu yöndə çalışır. Bu yerdə bildirək ki, "Qarabağ" keçən mövsüm Avroliqanın qrup mərhələsində ev matçlarını İstanbulda keçirməli oldu və yekunda turnirin qalibi olan "Vilyarreal"la görüşdə (1:3) Kvabena baxımlı qola imza atdı. 

Xatırladaq ki, ağdamlılar Ovusunu 2020-ci ilin qış fasiləsində İspanyanın Sequnda təmsilçisi "Leqanes"dən transfer edərək 3,5 illik müqavilə imzalayıb. Yəni, afrikalı futbolçunun "Qarabağ"la hələ 2 illik müqvailəsi var. Premyer Liqamızda 31 matçda 7 qola imza atan Kvabena indiyədək karyerasını daha çox icarədə keçirib və bu, indiyədək İspaniyanın aşağı liqa klubları olub.