Qazaxıstanın “Kayrat” komandasının sabiq baş məşqçisi Karlos Alos Ferrer Almatı təmsilçisinin Konfrans Liqasında “Qarabağ”a qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb.

Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis Qazaxıstan mətbuatına açıqlamasında bunları söyləyib:

“Bu qarşılaşmanın favoriti "Qarabağ"dır. Çünki evdə oynayırlar və eyni zamanda Avropada böyük təcrübəyə malikdirlər. Bütün bunlar "Kayrat"ın daha az təzyiqlə oynamasına kömək edə biləcək amillərdir. Amma “Kayrat”ın da qələbə şansı var. Çünki əla komandaya sahibdirlər. Fikrimcə, "Qarabağ"ın qələbə ehtimalı 60 faizdir. Lakin "Kayrat"ın bu matçda lazım olan xalları toplamaq üçün hələ də yaxşı imkanları var. Azərbaycan təmsilçisi oyun ərzində topa daha çox sahib olur. "Kayrat" buna hazır olmalıdır. Komandanın hücumçuları bütün şanslardan istifadə etmək məcburiyyətindədirlər. Onlar müdafiədən hücuma keçərkən bütün boşluqlardan yararlanmalı, kollektiv şəkildə müdafiəyə çəkilməyə hazır olmalıdırlar. Həmişə keçmiş komandalarıma azarkeşlik edirəm. Ümid edirəm ki, qonaqlar 2:1 hesabı ilə qələbə qazanacaqlar. Ancaq bu, asan olmayacaq".

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.