"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Elfsborq"la matç üçün İsveçə yola düşüb. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi yerli vaxtla saat 18:00-da çarter reysilə səfərə yollanıb. Sabah isə "Qarabağ" "Buros-Arena"da məşqə çıxacaq. Stadionun 18 minə yaxın tamaşaçı tutumu var.
Qeyd edək ki, "Elfsborq" -"Qarabağ" matçı İsveç vaxtı ilə dekabrın 12-si saat 21.00-da (Bakı vaxtı ilə 13 dekabr, 00:00-da) başlanacaq.