"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri olan "Tvente" (Niderland) və DAC 1904 (Slovakiya) arasında ilk oyun keçirilib. Sport24.az xəbər verir ki, Niderlandın Enshede şəhərində keçirilən 3-cü mərhələnin ilk qarşılaşmasında "Tvente" 6:0 hesablı qələbə qazanıb.
"Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) - 6:0
Qollar: Rots, 7, Pyaça, 11, Veydmann, 48, Bruns, 56, Zerroyki, 64, Propper, 78
Komandalar arasında cavab görüşü avqust 13-də Slovakiyanın Dunayska Streda şəhərində keçiriləcək.
Xatırladaq ki, "Qarabağ" - "Dinamo" cütünün qalibi pley-offda "Tvente" (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. "Qarabağ" səfərdə keçirilən ilk oyunda Kiyev təmsilçisinə 0:1 hesabı ilə uduzub.