Bizon Azərbaycan kubokunun 1/8 finalında "Qarabağ" ilə "Karvan-Yevlax" arasında keçiriləcək oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq. Sport24.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

 

Sabah "Azərsun Arena"da keçiriləcək "Qarabağ" – "Karvan-Yevlax" oyununa saat 19:00-da start veriləcək.