UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Vestri" qarşılaşmasının biletləri 3 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq. Sport24.az xəbər verir ki, oyun iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

 

Standart biletlərin qiymətləri:

 

5, 10, 15 və 20 AZN

VIP sektorlar: 50, 75 və 100 AZN

VVIP sektorlar: 150 AZN

 

Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.

 

Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

 

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

 

Saxta biletlərə aldanmayın! Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.