Sabah Misli Premyer Liqasını XXI turunu açılış matçı çərçivəsində “Kəpəz”in qonağı olacaq “Qarabağ” az öncə Gəncəyə yola düşüb.

Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi axşam saatlarıda təyyarəylə səfərə çıxıb.

Qurban Qurbanovun komandası qarşıdakı oyuna hazırlığı Bakıda keçirib və Gəncədə məşq etməyəcək.

Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" qarşılaşması Gəncə şəhər stadionunda baş tutacaq. Oyuna saat 14:00-da start veriləcək. "Qarabağ" görüşdən dərhal sonra təyyarəylə paytaxta dönəcək.