"Qarabağ" heyətini daha bir qolkiperlə gücləndirib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Şahruddin Məhəmmədəliyevlə anlaşıb.
Ölkə çempionu yaxın günlərdə onun keçidini ictimaiyyətə açıqlayacaq. Müqavilənin müddəti 1 il üçün nəzərdə tutulub.
Qeyd edək ki, 30 yaşlı qolkiper 2016-2023-cü illər aralığında "Qarabağ"ın qapısını qoruyub. Onun son klubu isə Türkiyə Superliqa təmsilçisi "Adana Dəmirspor" olub.