“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirəcəyi Macarıstana yollanıb Sport24.az xəbər verir ki, Azərbaycan çempionu “Ferentsvaroş”la görüş üçün Bakını tərk edib.

Ağdam klubunu aparan təyyarə çarter reysilə Budapeştə yola düşüb. Təmsilçimiz bu gün Bakı vaxtı ilə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Ferensvaroş” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, sabahkı cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. “Qarabağ” öz meydanında rəqibi ilə 1:1 hesablı heç-heçə edib.