Konfrans Liqasında təmsilçilərimizdən olan "Qarabağ" bu gün tam heyətlə hazırlığı davam etdirəcəj. Sport24.az xəbər verir ki, millimizin üzvlərindən ən son olaraq məşqlərə qoşulan kapitan Maksim Medvedevlə vitse-kapitan Qara Qarayev olacaq.

Onlara millinin son matçlarında çox yükləndiklərinə görə iyunun 20-dək istirahət verilmişdi. "Qarabağ"ın millimizdəki digər üzvləri isə bu qədər yüklənmədiklərinə görə artıq bu həftədən məşqlərdə iştirak edirlər.  

"Qarabağ"ın keçən mövsümün sonunda zədəli olan futbolçularından xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçdən fərqli qapıçı Şahrudn Məhəmmədəliyev hələ tam gücüylə çalışmır. Bu da həkimlərin ona məşqlərdə tullanmasına icazə vermədiyinə görədi. Qolu qırılaraq əməliyyat olunan millimizin üzvü 7-10 gündən sonra tam gücüylə məşq edə biləcək. 

Xatırladaq ki, "Qarabağ"da millimizdəki daha bir üzvü olan müdafiəçi Bədavi Hüseynov əməliyyat olunmaq üçün Almaniyaya yollanacaq və ağır zədə ona bu il bir daha oynamağa imkan verməyəcək.