Qarabağ" sosial şəbəkə hesabları vasitəsi ilə azarkeşlərə müraciət edib. Sport24.az saytının məlumatına görə, klub paylaşımında UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA-ya qarşı keçiriləcək ev oyunu üçün biletləri iTicket.az-dan almağa səsləyib:

 

"Biz, birlikdə "Qarabağ"ıq. Gəl, stadionda birlikdə qələbə qazanaq".

 

Xatırladaq ki, "Qarabağ" - ÇSKA oyununun biletləri iyulun 18-dən satışdadır.

 

Standart biletlərin qiymətləri:

 

5, 10, 15 və 20 AZN

VIP sektorlar: 50, 75 və 100 AZN

VVIP sektorlar: 150 AZN

 

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

 

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

 

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.