Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı açıqlanıb.

Sport24.az turnirin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.

Son 4 matçda qələbə qazanan "köhlən atlar" birinci pillədə göstərilib.

Siyahı yerli çempionat və Avroliqadakı matçların nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.

Xatırladaq ki, "Qarabağ" oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.