Premyer Liqanın 20-ci turunda keçiriləcək “Qarabağ” – “Şamaxı” qarşılaşmasının biletləri sabah satışa çıxarılacaq.

Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Sabah baş tutacaq “Qarabağ” – “Şamaxı” matçına saat 16:00-da start veriləcək.