Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİsi yarışması başa çatdı.11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət mübarizədə çempion Kənan Həsənov oldu. "Futbol+"in redaktorunun qalib olacağı hələ son tur start götürməmiş dəqiqləşdi. Həsənov ən yaxın izləyicisi, "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasovla aradakı 2 xal fərqini sonadək qoruya bildi.

Bu turda maksimal nəticə göstərən iştirakçı olmasa da, 3 xal toplayan oldu. Onlardan biri olan "Apasport"un müxbiri Ruslan Sadıqov 3-cü pillədəki mövqeyini sonadək qorumağa müvəffəq oldu. Hesabına 3 xal yazan autsayder, "Azerisport"un redaktoru Ruslan Mikayıllı son pillələrdən yaxa qurtara bildi. 

Son turda Zirədəki görüş bütün proqnozları al-üst etdi. Çünki bütün iştirakçılar "Zirə"yə qələbə yazdığı halda, "Şamaxı"yla ev matçı bərabərliklə yekunlaşdı. 

Onu da bildirək ki, ilk yarışmanın qalibi olmuş olan Sport24.az-ın redaktoru Mehman Süleymanov bu dəfə 5-6-cı pillələri bölüşdürdü. Həmin mübarizədə 2-ci olmuş Futbolxeber.az-ın baş redaktoru İbrahim Cəfərov bu dəfə son pilləyə şərik oldu. Yalnız Abbasov uğurlu qrafik cızaraq onda 3-cü idisə, bu dəfə 2-ci oldu.  

Son tura proqnozlarla aşağıdakı linkdən tanış ola bilərsiniz: 

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-chempionu-mueyyenleshdirecek-son-tur)

 

XXVIII turdan sonra yekun turnir cədvəli:

Kənan Həsənov - 70, Şəmsəddin Abbasov - 68, Ruslan Sadıqov - 65, Səxavət Qurbanov - 62, Ceyhun Əliyev, Mehman Süleymanov - hər ikisi 61, Kənan Məstəliyev - 60, Elmir Əliyev, Ruslan Mikayıllı - hər ikisi 57, İbrahim Cəfərov, Faiq Tahirov - hər ikisi 56.