Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİsi yarışmasında XIII tur arxada qaldı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət mübarizədə nəhs tur nəhsliyini göstərib.

Belə ki, iştirakçıların demək olar hamısı hesabına cəmi 1 xal yaza biliblər. Maraqlıdı ki, turda iki matç bərabərliklə nəticələnsə də, heç kim bunu təxmin eləməyib. Qazanılan 1 xal "Qarabağ"ın gözlənilən qələbəsindən olub. Yalnız Şəmsəddin Abbasovla Ceyhun Əliyev "Qəbələ"nin Zirədə qələbəsini doğru tapmaqla fərqləniblər. Sadəcə, onlar "Azərsun Arena"dakı görüşə heç-heçə yazdıqlarından, yekunda aktivlərinə cəmi 1 xal yazmalı olublar.

Ən zəif nəticəni isə autsayder Ruslan Mikayıllı göstərib. Belə ki, son pillənin sahibi bu tur xal yazana bilməyən yeganə iştirakçı olub. Beləliklə, turnir cədvəlində heç bir yerdəyişmə olmayıb. 

Son tura proqnozlarla aşağıdakı linkdən tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-nehs-tura-proqnozlar)

 

XIII turdan sonra turnir cədvəli:

Səxavət Qurbanov, Şəmsəddin Abbasov - hər ikisi 29, Kənan Həsənov - 28, Ruslan Sadıqov, Mehman Süleymanov -  hər ikisi 27, Ceyhun Əliyev - 26, Elmir Əliyev, Kənan Məstəliyev - hər ikisi 25, İbrahim Cəfərov - 24, Faiq Tahirov - 23, Ruslan Mikayıllı - 21.