Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİsi yarışmasında yeni mövsümün ikinci dövrəsinin ilk turu arxada qaldı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət mübarizənin növbəti mərhələsində yüzfaiz nəticə göstərən olmasa da, lider mövqeyində qalıb.

Sadəcə, onun ən yaxın izləyisi dəyişib. Belə ki, Səxavət Qurbanovu hazırda Şəmsəddin Abbasov izləyir. Bunadək 2-ci pillədə olan Ruslan Mikayıllı isə bu turda xal qazanmayan yeganı iştirakçı olaraq 3-cü yerə düşüb. Qurbanovun ən yaxın izləyicisi ilə xal fərqi 2-dən 3-ə yüksəlib.

Bu turda ən çox doğru cavabı olan iştirakçı isə Kənan Məstəliyev olub. Belə ki, autsayderlər sırasındə yer alan adıçəkilən həmkarımızın 3 proqnozu doğru çıxıb. Bunadək əksər vaxt  "Sabah"a qələbə yazan Məstəliyev nəhayət, hədəfə düşüb. Məlumdu ki, bu komnada cari çempionatda ilk qələbəsini son turda qazanıb.  

VIII tura proqnozlarla aşağıdakı linkdən tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-ikinci-dovrenin-startina-proqnozlar)

 

 VIII turdan sonra turnir cədvəli:

Səxavət Qurbanov - 21, Şəmsəddin Abbasov - 18, Ruslan Mikayıllı - 17, Mehman Süleymanov, Ruslan Sadıqov, Kənan Həsənov -  hər üçü 16, Ceyhun Əliyev - 15, Elmir Əliyev, İbrahim Cəfərov - hər ikisi 14, Kənan Məstəliyev - 13, Faiq Tahirov - 12.