"Türk Hava Yolları"nın dəstəyi ilə keçirilən,​ Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİSİ yarışmasında XXVI tur arxada qaldı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət mübarizədə son turda liderlə ən yaxın izləyicisi arasında xal fərqi dəyişməz qalıb.

Belə ki, 1-ci pillədə olan Sport24.az-ın redaktoru Mehman Süleymanov2-ci yerdə gedən  Futbolxeber.az-ın baş redaktoru İbrahim Cəfərovu yenə 2 xal qabaqlayır. Bu turda onlar hərəyə 2 xal aktivlərinə yazıblar. 

Ən çox suala düz tapanlar isə Elmir Əliyevlə Elşən Məmmədov - hərəyə 3. Nəticədə Əliyev liderlər qrupuna bir qədər də yaxınlaşıb, Məmmədov isə nəhayət, son pillədə qərarlaşmayıb. Belə ki, özü də daxil olmaqla 3 iştirakçı son 3 pilləni bölüşdürür (https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-xxvi-tura-proqnozlar).

26 turdan sonra turnir cədvəli:

1. Mehman Süleymanov (55), 2. İbrahim Cəfərov (53), 3. Ceyhun Əliyev (52), 4. Şəmsəddin Abbasov (51), 5. Elmir Əliyev (50), 6-7. Kənan Həsənov, Faiq Tahirov (hər ikisi - 49), 8. Ruslan Sadiqov (48), 9-11. Elşən Məmmədov, Mirbağır Cəfərli, Şahin Cəfərov (hər üçü- 46).

Qeyd edək ki, turnirin qalibi "Türk Hava Yolları"ndan Bakı-İstanbul-Bakı reysinə​ pulsuz bilet qazanacaq.