Misli Premyer Liqasında XIV arxada qaldı. Sport24.az saytının 3-cü mövsümdü həyata keçirdiyi Premyer Liqanın BİLİCİsi layihəsində son turda yüzfaizli nəticə göstərən - "5-də 5" edən iştirakçı olub.

Həmin tək iştirakçının turnir cədvəlinin aşağı pillərində qərarlaşanın - Elmir Əliyevin olması diqqət çəkir. İkinci ən çox xal toplayan kimi ikinci pillədə gedən Ruslan Sadıqovu göstərə bilərik ki, onun 4 doğru proqnozu olub. Nəticədə Sadıqov lider Kənan Məstəliyevlə xal fərqini minimuma endirə bilib. 

XIV tura proqnozlarla aşağı linkdə tanış ola bilərsiniz:

(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-shamaxida-start-goturecek-tura-proqnozlar)

 

XIV turdan sonra turnir cədvəli: 

Kənan Məstəliyev - 48, Ruslan Sadıqov - 47, Səxavət Qurbanov - 45, Kənan Həsənov - 43, Ruslan Mikayıllı, Mehman Süleymanov, Süleyman Vəliyev - hər üçü 42, Ceyhun Əliyev - 41, Faiq Tahirov - 40, Elmir Əliyev - 39, İbrahim Cəfərov - 29.