Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubunda qol hesabını açıb. Sport24.az xəbər verir ki, Premyer Liqamızın bombardiri olan 28 yaşlı hücumçu Super Liqanın V turunda "Butval"la görüşdə fərqlənib.

Nurlan matçın 5-ci dəqiqəsində başla rəqib qapısına yol tapıb. Bu, oyunda yeganə qol olub və Novruzov komandasına qələbə qazandırıb.

Hazırda "Lalitpur Siti" 6 xalla 4-cü pillədə qərarlaşıb.