Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun ilk oyun günündə keçiriləcək qarşılaşmalarına təyinatlar açıqlanıb. Sport24.az xəbər verir ki, əsas diqqətçəkən məqam Kamal Umudlunun qayıdışıyla bağlıdı.

Belə ki, İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan 27 yaşlı referi bu il ilk turdaca baş hakim kimi etimad göstərilib. Özü də Umudlu turun ən maraqlı görüşlərindən olan "Səbail" - "Neftçi" matçını idarə edəcək. 

Xatırladaq ki, bu çempionatda 2 matçda baş hakim olan Kamal son olaraq IV turda - sentyabrın 25-də keçirilən "Sumqayıt" - "Qarabağ" oyununda (2:2) idarəçilik edib. 

 

Azərbaycan Premyer Liqası
XIV tur

21 yanvar

Zirə - Qəbələ
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Zirə İdman Kompleksinin stadionu. Saat 16:00.
 
Səbail - Neftçi
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
ASCO Arena. Saat 16:00.

Sabah - Qarabağ
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bank Respublika Arena. Saat 18:00.

22 yanvar

Keşlə - Sumqayıt
ASK Arena. Saat 16:00
 
Qeyd: “Səbail” – “Neftçi”, “Sabah” – “Qarabağ” və “Keşlə” – “Sumqayıt” qarşılaşmaları “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.