Futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turun növbəti iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Sport24.az xəbər verir ki, “Zirə” – “Qəbələ” oyununu Əliyar Ağayev idarə edəcək.

“Sabah” – “Qarabağ” oyunu isə Rauf Cabbarova tapşırılıb.

Azərbaycan Premyer Liqası
26-cı tur

9 may

“Zirə” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

“Sabah” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”, 20:15 .